Mərkəzi Bank (AMB) Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən yeni inzibati binasının fəaliyyətinin təmin olunması istiqamətində növbəti addımı atıb. Qurum sözügedən inzibati bina üçün bir illik texniki xidmətlərin satın alınması məqsədilə satınalma prosedurlarına başlayıb.
“Yeni Sabah” xəbər verir ki, keçirilən satınalma müsabiqəsinin ehtimal olunan dəyəri 2 978 355,22 manat (iki milyon doqquz yüz yetmiş səkkiz min üç yüz əlli beş manat 22 qəpik) təşkil edir.
Satınalma çərçivəsində bir il ərzində inzibati binada mövcud olan mühəndis-kommunikasiya sistemlərinə, lifts və havalandırma avadanlıqlarına, elektrik və su təchizatı infrastrukturlarına, eləcə də digər xüsusi texniki qurğulara fasiləsiz qulluq və texniki dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Dördpendirli pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız