Direktorun otağında “TikTok” açan müəllim işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Direktorun otağında “TikTok” açan müəllim işdən çıxarıldı

Sosial

26 Oktyabr 2026 15:34 120


Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir: Dominos pizza

"Günay Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib".

İdarədən bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirilib.

Xatırladaq ki, G.Məmmədova məktəb direktorunun otağına daxil olaraq "TikTok"da canlı yayım açmış və müxtəlif iddialar səsləndirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!