FHN Bakıda məşhur pizza restoranını bağladı

saytların hazırlanması

Evə çatdırılma

FHN Bakıda məşhur pizza restoranını bağladı

Hadisə

26 Oktyabr 2026 15:27 99


Bakının Yasamal rayonunda, Akademik Şəfaət Mehdiyev küçəsi 23 ünvanında yerləşən məşhur “El Pizza” restoranının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, yoxlamalar zamanı yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən obyektin mətbəxində təbii qazdan normativlərə zidd istifadə olunduğu, standarta uyğun olmayan odun sobalarının quraşdırıldığı, odsöndürən balonların tələb edilən hündürlükdə yerləşdirilmədiyi, təxliyə planının və yanğına qarşı daxili rejimin olmadığı, həmçinin daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin təqdim edilmədiyi müəyyən edilib.

FHN-dən bildirilib ki, mövcud nöqsanlar hər an baş verə biləcək yanğının genişlənərək faciəyə səbəb olması riskini yaratdığı üçün obyektin işinin dayandırılması barədə qərar verilib və rəsmi sənəd restoran nümayəndəsinə təqdim olunub. pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!