Əmi qardaşı oğlunun evini yandırdı -   Zaqatalada qohumlar arasında gərginlik

saytların hazırlanması

Evə çatdırılma

Əmi qardaşı oğlunun evini yandırdı - Zaqatalada qohumlar arasında gərginlik

Hadisə

10 Noyabr 2025 18:36 419


Zaqatalada ailə münaqişəsi yanğınla nəticələnib.

“Yeni Sabah” Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə dünən axşam rayonun Bəhmətli kəndində qeydə alınıb. 

Kənd sakini, 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 12 kvadratmetr olan yardımçı tikilidə yanğın baş verib. pizza

Hadisə yerinə cəlb olunan Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüb. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub.

Məlumata görə, zərərçəkən Araz Ərşadoğlu ilə əmisi, 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir torpaq sahəsinə görə mübahisə gedir. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımçı tikilini yandırdığı bildirilir.

Qeyd edək ki, keçən il də Araz Ərşadoğlunun yaşadığı ev müəmmalı şəkildə yanıb. Dünən isə ailənin əşyalarını yığdıqları yardımçı tikili alovlanıb.

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!