Emin Əmrullayev onu 8 il sonra köhnə vəzifəsinə qaytarıbmış - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev onu 8 il sonra köhnə vəzifəsinə qaytarıbmış - FOTO

Sosial

21 İyun 2026 13:47 6320


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdindəki Sənaye və Texnologiya Kollecinin təqaüdə yola salınan sabiq direktoru Faiq Şahbazlıya yeni vəzifə verilibmiş.

Qaynarinfo-nun məlumatına görə, ötən ilin sentyabr ayında təqaüdə yola salınan Faiq Şahbazlı elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə təyin olunub. 

O, 2015-ci ildə də Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə təyin edilmişdi. Sabiq təhsil naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şahbazlı Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsindən azad edilərək ADNSU-nun nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kolleci (əvvəlki Bakı İdarəetmə və Texnologiya Kolleci - BİTKol) direktor təyin olunmuşdu. Toyuqlu pizza

Emin Əmrullayev 8 il sonra Əməkdar müəllim Faiq Şahbazlını təqaüdə deyil, yenidən Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə təyin qaytarıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!