Emin Əmrullayevin açıqlamaları tənqid edildi: “Arxasında fakt yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayevin açıqlamaları tənqid edildi: “Arxasında fakt yoxdur”

Sosial

23 İyun 2026 13:00 155


“Təhsili naziri mətbuata geniş müsahibə verib. Müsahibədə çoxsaylı iddialar var, amma arxasında fakt yoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, nazir Emin Əmrullayevin səsləndirdiyi bəzi fikirlər mübahisəlidir:

“Məsələn, deyir ki, son 10 ildə işə qəbul olunmuş müəllimlərin ən azı fənn üzrə bilik səviyyəsi mərkəzləşdirilmiş imtahan sistemi tətbiq edilməzdən əvvəl işə qəbul olunmuş müəllimlərlə müqayisədə təxminən 10-15 dəfə yüksəkdir. Bu fərq necə üzə çıxarılıb? Sertifaktlaşdırmanın nəticəsinə əsasənmi? Əgər belədirsə, 2 nəslin orta balını deməklə iddianı faktla daha da gücləndirmək olar. Dördpendirli pizza

Yaxud bildirir ki, məktəblərin birləşməsindən əldə olunan fayda mənfi təsirlərindən daha çoxdur. Amma bunu ortaya çıxaran analizin nəticələri əsasında dəqiq faktlar səslənidrmək olardı.

Yaxud deyir ki, distant təhsil nəticə verir, amma iddianı doğrulayacaq bircə fakt deməyə ehtiyac duyulmur.

Bir yerdə də deyir ki, Təhsil Nazirliyi tədqiqat təşkilatı deyil, tənzimləyici siyasət qurumudur. Formal hüquqi baxımdan doğrudur, amma dünyada tənzimləyici qurumlar sübut əsaslı siyasət həyata keçirmək üçün məhz tədqiqatlara istinad edirlər. Söhbət heç akademik tədqiqatlardan da yox, policy araşdırmalardan gedir.

Bunu özünün tədqiqat strukturları, ya da sifariş əsasında müstəqil tədqiqat mərkəzləri vasitəsilə də edə bilirlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!