Erməni məmur Azərbaycan yanacağını təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Erməni məmur Azərbaycan yanacağını təriflədi

Dünya

23 Yanvar 2026 13:37 451


Azərbaycan yanacağı partiyası Aİİ-in (Avrasiya İqtisadi İttifaqı) texniki qaydalarına tam uyğundur və keyfiyyət problemi yoxdur.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Bazara Nəzarət Müfəttişliyinin rəhbəri Armen Kotolyan bildirib.

Onun sözlərinə görə, qurumun Milli Standartlaşdırma və Metrologiya İdarəsinə sorğu göndərib və orada nümunələrin götürüldüyü, laboratoriya testlərinin aparıldığı və müsbət nəticənin verildiyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!