2026-cı ilin ilk 8 ayında (yanvar-avqust) Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, iki ölkə arasındakı ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz sıçrayaraq 770,9 milyon ABŞ dollarından çox olub.
Müvafiq dövrdə Azərbaycanın xarici ticarət əlaqələrinin ümumi həcmində Gürcüstanın payı 2,3 faizə bərabər olub.Formanın Yuxarısı Sezar pizza
Telegram kanalımız