"Azbank klubu" “Facebook” qrupunda Mədinə Paşayeva adlı sosial şəbəkə istifadəçisi azyaşlı övladına məxsus bank kartından icazəsiz vəsait silinməsi ilə bağlı şikayətini paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, valideynin sözlərinə görə, övladının kartından xəbərsiz olaraq 60 AZN məbləğində vəsait çıxarılıb və əməliyyat çıxarışında ad "KredAqro BOKT MMC" kimi görünüb. Şikayətçi kartın yalnız məktəb yaxınlığındakı marketdə onun nəzarəti altında istifadə olunduğunu və məlumatların kənara sızmasının mümkün olmadığını bildirib.
Məsələ ilə bağlı "Leo Bank"a müraciət edildikdə, əməliyyatın bank tərəfindən həyata keçirilmədiyi bildirilib. "KredAqro BOKT MMC" ilə əlaqə saxlanılmasına baxmayaraq, problemi həll etmək mümkün olmayıb. Valideyn bənzər hal ilə qarşılaşan və ya məsələdən məlumatı olan şəxslərdən kömək istəyib. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız