“Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır” - Ayxan Abbasov

saytların hazırlanması

Evə çatdırılma

“Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır” - Ayxan Abbasov

İdman

26 Sentyabr 2026 19:36 81


UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl fikirlərini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, 48 yaşlı mütəxəssis "Dariaus ir Gireno" stadionunda keçirilən mətbuat konfransında sabahkı görüş barədə danışıb:

"Sabah Millətlər Liqasında ilk oyunumuza çıxacağıq. Rəqibimiz artıq ilk oyununu keçirib və Lixtenşteyni məğlub edib. Rəqibin son 4 oyununa nəzər salsaq, görərik ki, daha çox ənənəvi heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik. pizza sifarişi

Biz də yoldaşlıq oyunu keçirdik və həmin oyundan fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən meydanda təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır.

Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır. Bilirik ki, Litva ilə şanslarımız bərabərdir. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!