Ev alqı-satqısında alıcıları gözləyən əsas risk   — Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — Açıqlama

Sosial

31 İyul 2026 23:57 93


Daşınmaz əmlak alqı-satqısı zamanı bəzi vətəndaşlar notariat qaydasında təsdiqlənmiş müqavilə əvəzinə yalnız əl yazısı ilə tərtib edilmiş və ya qeyri-rəsmi razılaşmalara üstünlük verirlər. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda belə sənədlərin hüquqi qüvvəsi və məhkəmədə sübut kimi qəbul edilib-edilməməsi məlum olmur.

Qeyri-rəsmi alqı-satqı müqaviləsi məhkəmədə sübut kimi qəbul edilirmi?

''Yeni Sabah'' xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatı olan, yəni çıxarışı mövcud olan ev və ya mənzil yalnız notarial qaydada alqı-satqı edilə bilər: pizza mizza

“Bunun başqa hüquqi yolu yoxdur. Notarial qaydada rəsmiləşdirilmədən bağlanan belə müqavilələrin hüquqi qüvvəsi olmur. Bu halda məhkəmə nəyə baxa bilər? Əgər həmin qanunsuz bağlanmış müqavilə əsasında satıcıya pul ödədiyinizi sübut edə bilirsinizsə, məhkəmə vasitəsilə həmin vəsaitin geri qaytarılmasını tələb edə bilərsiniz. Lakin bu, sizə həmin ev və ya mənzil üzərində mülkiyyət hüququ vermir. Yəni daşınmaz əmlakla bağlı heç bir hüququnuz yaranmır”.

Hüquqşünas əlavə edib ki, İkinci halda isə, evin və ya mənzilin ümumiyyətlə çıxarışı olmur:

“Bu gün də belə hallara tez-tez rast gəlinir. Məsələn, bina tikilib, lakin hələ istismara qəbul edilməyib, yaxud tikili qanunsuzdur. Belə hallarda notarius həmin alqı-satqını təsdiq etmir. İnsanlar məcbur qalıb sadə yazılı müqavilə bağlayırlar. Lakin bu cür müqavilələr də risklidir və hüquqi qüvvəyə malik deyil. Belə vəziyyətdə də alıcının əsas hüququ yalnız ödədiyi pulun geri qaytarılmasını tələb etməkdən ibarət ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!