Kia və Hyundai-nin bəzi elektrikli avtomobil modellərində yaşanan 12 voltluq akkumulyator (batareya) problemi avtomobil sahiblərini narahat etməyə davam edir.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, akkumulyatorun dəyişdirilməsinə və proqram təminatı (proshivka) yeniləmələrinə baxmayaraq, təkrarlanan problem səbəbindən avtomobillər işləməz hala gəlir. Bəzi sürücülərin eyni nasazlıq üzündən dəfələrlə avtoservisə getməli olduğu bildirilir. Şarj sistemindəki elektron qüsur ucbatından avtomobillər sıradan çıxa bilir və bir çox sürücü bu problemlə birdən çox dəfə qarşılaşır. İstehsalçılar avtomobilləri geri çağırma (recall) və proqram təminatı yeniləmələri tətbiq etsələr də, şikayətlərin tam olaraq aradan qalxmadığı qeyd olunur.
Kia və Hyundai-nin bəzi elektrikli modellərində müşahidə olunan 12V akkumulyator probleminin kökündə ICCU (Integrated Charging Control Unit - İnteqrasiya olunmuş Şarj İdarəetmə Bloku) adlı elektron detal dayanır. Yüksək gərginlikli batareyadan aldığı enerjini 12V akkumulyatora ötürən bu hissənin sıradan çıxması kiçik akkumulyatorun şarj olmamasına və vaxt keçdikcə tamamilə bitməsinə səbəb olur. ShopByBro
Telegram kanalımız