İngiltərə Futbol Assosiasiyası (FA) “Everton”un hücumçusu Martin Şerif barəsində mərc qaydalarını pozmaq şübhəsi ilə ittiham irəli sürüb.
"Yeni Sabah" BBC-yə istinadla xəbər verir ki, 20 yaşlı futbolçunun 2024-cü il noyabrın 20-dən 2026-cı il fevralın 12-dək futbol oyunlarına ümumilikdə 61 mərc etdiyi iddia olunur.
Şerifə ittihamlarla bağlı rəsmi cavabını təqdim etmək üçün avqustun 17-dək vaxt verilib. Sezar pizza
Liberiyada anadan olan hücumçu 2019-cu ildə “Everton” akademiyasına qoşulub. 2025-ci ilin əvvəlindən əsas komanda ilə məşqlərə başlayan futbolçu hələ klubun heyətində rəsmi oyunda meydana çıxmayıb.
Şerif ötən mövsüm İngiltərənin aşağı liqalarında çıxış edən iki kluba icarəyə göndərilib. Əvvəlcə “Rotherham United”də oynayan forvard 10 matçda 2 qol vurub. Dekabrda isə komandadakı zədə problemlərinə görə “Everton”a geri çağırılıb.
Fevralda mövsümün sonunadək “Port Vale”yə icarəyə verilən Şerif burada 17 Liqa 1 oyununda iştirak edib və 2 qola imza atıb. Mövsümün yekununda “Port Vale” üçüncü divizionu tərk edib.
Telegram kanalımız