Evinə  girən ilan gəncin barmağını sancdı

saytların hazırlanması

Evə çatdırılma

Evinə girən ilan gəncin barmağını sancdı

Dünya

05 İyul 2025 10:46 338


 Türkiyənin Adıyaman şəhərində gecə saatlarında qorxulu hadisə yaşanıb. Evə daxil olan ilan 29 yaşlı Y.A.-nın barmağını dişləyib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı evdə istirahət edən gənc qəfil ağrı hiss edərək yardım istəyib. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan Y.A.-nın vəziyyətinin hazırda stabil olduğu bildirilir.

İlanın evə haradan daxil olduğu və hansı növə aid olduğu araşdırılır. Yerli hakimiyyət orqanları bölgə sakinlərini xüsusilə yay aylarında daha ehtiyatlı olmağa çağırıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Rəvan Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!