QHT-lərin qeydiyyatında yeni qayda -  Fazil Mustafadan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

QHT-lərin qeydiyyatında yeni qayda - Fazil Mustafadan açıqlama

Sosial

27 Noyabr 2026 12:07 97


Milli Məclisin plenar iclasında Mülki Məcəllədə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa layihədəki yeniliklər barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini xatırladıb.

"Yeni Sabah" xəbər verir ki, komitə sədri üçüncü oxunuş ərəfəsində keçirilən iclasda yalnız qeydiyyat müddəti ilə bağlı təkliflərin irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, deputatların müraciətlərində bir aylıq qeydiyyat müddətinin qısa olması və bu vaxtın uzadılması məsələsi qaldırılıb. F.Mustafa qeyd edib ki, bu məsələdə əsasən “Media haqqında” Qanundakı 30 günlük müddət analogiya kimi götürülüb.

Qanunvericilik təşəbbüsü subyekti ilə aparılan müzakirələrə toxunan parlamentari müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri prosedurlar yerinə yetirildikdən sonra qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məsələlərin hətta qanunda nəzərdə tutulan müddətdən də tez öz həllini tapacağının vurğulandığını diqqətə çatdırıb.  Online shopping Azərbaycan

F.Mustafa gələcəkdə bu prosesdə nə qeyri-hökumət təşkilatlarının, nə də deputatların hər hansı bürokratik problemlərlə üzləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!