“Halk TV”yə qarşı növbəti əməliyyat: Ece Üner saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Halk TV”yə qarşı növbəti əməliyyat: Ece Üner saxlanıldı

Dünya

27 Noyabr 2026 11:41 66


Türkiyədə "Halk TV" telekanalına qarşı aparılan istintaq çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib.

"Yeni Sabah" NTV-yə istinadla xəbər verir ki, əməliyyat zamanı 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u saxlanılıb.

Telekanalın aparıcıları Ece Üner və əri Deniz Bayramoğlu da onların sırasındadır. Hazırda xaricdə olan Halk TV-nin xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı verilib.  Bakıda online alış-veriş

İstintaq "Halk TV"-nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan araşdırma çərçivəsində davam etdirilir. Baş Prokurorluq iş üzrə bir sıra maliyyə əməliyyatlarını, şirkətlər və bələdiyyə tenderləri ilə əlaqələri araşdırır.

İstintaq çərçivəsində şübhəlilərə qarşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!