Mbappe Yamalı təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Mbappe Yamalı təriflədi

İdman

12 Sentyabr 2026 11:41 76


"Real Madrid"in və Fransa milli komandasının hücumçusu Kilian Mbappe dünya futbolunda diqqət çəkən gənc oyunçular barədə fikirlərini bölüşüb. Təcrübəli hücumçu ad çəkməkdən çəkinməyə çalışsa da, müasir futbolun ən parlaq gənc istedadlarının adlarını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, fransalı ulduz xüsusilə "Barselona"nın gənc hücumçusu Lamin Yamalın oyununu yüksək qiymətləndirib:

"Ad çəkmək istəmirəm, çünki kimisə unuda bilərəm... Dünyanın ən yaxşı 10–15 futbolçusunun kimlər olduğunu desək, düşünürəm ki, bu barədə hamı razılaşar. Gənc futbolçular arasında Lamin Yamalın adını çəkərdim. O, hər şeyə sahibdir. Estevao da bəyənirəm, onda xüsusi yaradıcılıq qabiliyyəti var. Həmçinin, Arda Gülər çox böyük uğurlar qazana bilər. Endrik də böyük potensiala malikdir, qol duyumu yüksək futbolçudur. Uorren (Zair-Emi) və Dezire (Due) isə əminəm ki, möhtəşəm karyeralara sahib olacaqlar", — deyə Mbappe bildirib. pizza hut

Mbappenin xüsusi vurğuladığı oyunçular sırasına "Real Madrid"dəki komanda yoldaşları Arda Gülər və Endrik ilə yanaşı, Braziliyanın gənc ulduzu Estevao, həmçinin Fransanın gələcək vəd edən futbolçuları Uorren Zair-Emi və Dezire Due də daxildir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!