Bakı-Qazax avtomagistralında ötmə qaydasının pozulması ölümlə nəticələnən qəzaya səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Hadisə magistralın Navahı qəsəbəsi ərazisindən keçən hissəsində saat 22:00 radələrində baş verib. Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Pepperoni pizza
Qəza nəticəsində "Mercedes Vito"da olan sərnişin Sayad Qasımova hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
BDYPİ hadisənin ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimalı ilə əlaqədar sürücülərə bir daha müraciət edib. İdarə sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi əməl etməyə, baş verən faciələrdən nəticə çıxarmağa çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız