Övladı dünyaya gələcək ailələri sevindirən xəbər -   2027-ci ildə...

saytların hazırlanması

Evə çatdırılma

Övladı dünyaya gələcək ailələri sevindirən xəbər - 2027-ci ildə...

Dünya

12 Sentyabr 2026 10:58 110


Sinqapurda doğum səviyyəsinin tarixi minimuma enməsi hökuməti yeni addımlar atmağa vadar edib.

“Yeni Sabah” xəbər verir ki, ölkədə uşaq sahibi olan ailələr üçün geniş maliyyə dəstəyi paketi hazırlanıb.

Yeni “SG Child Support Package” çərçivəsində hər Sinqapur vətəndaşı olan uşağa 17 yaşına qədər ümumilikdə təxminən 55 min ABŞ dollarına yaxın birbaşa maliyyə dəstəyi göstəriləcək. pizza mizza

Bundan başqa, tibbi və təhsil xərcləri üçün də müxtəlif ödənişlər nəzərdə tutulub.

Hökumətin bu qərarı ölkədə doğum səviyyəsinin kəskin azalması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Sinqapurda ümumi doğum əmsalı 0,87-yə düşərək tarixi minimuma enib.

Yeni ödənişlərin 2027-ci ilin aprelindən başlanacağı bildirilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!