"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım qarşıdan gələn derbi matçı və komandanın cari vəziyyəti ilə bağlı iddialı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, jurnalist Feridun Niğdəlioğluna müsahibə verən təcrübəli klub rəhbəri oktyabrın 26-da keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisinə toxunaraq prinspial rəqiblərini səfərdə məğlub edəcəklərini bəyan edib.
Əziz Yıldırım komandanın hələ tam formalaşmadığını, lakin mövsüm irəlilədikcə lazımi seviyyəyə çatacağını bildirib. Doğma meydanda "Beşiktaş"a uduzmalarına baxmayaraq mübarizənin bitmədiyini vurğulayan klub prezidenti, "Bu komanda özünü tutacaq. Səfərdə "Beşiktaş"ı da, 26 oktyabrda "Qalatasaray"ı da öz meydanında məğlub edəcəyik, bunu indidən deyirəm" ifadələrini işlədib. Dördpendirli pizza
Müsahibəsində gələcək planlarına və baş məşqçi İsmail Kartalın mövqeyinə də aydınlıq gətirən Yıldırım, mövsümün sonunda vəzifəsindən ayrılacağını və yanvar transfer pəncərəsində heyətin daha da gücləndiriləcəyini diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız