Ölkənin bu ərazilərində leysan başladı -   Külək gücləndi

saytların hazırlanması

Evə çatdırılma

Ölkənin bu ərazilərində leysan başladı - Külək gücləndi

Sosial

07 Sentyabr 2026 10:34 86


Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18, Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəkidə (Kişçay), Şahbuzda 5, Beyləqan, Qusar, Qəbələ, Balakəndə 4, Goranboy, İmişli, Oğuzda 3, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa, Ordubad, Culfada 2, Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir. Dominos pizza

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Culfada 20 m/s-yə çatır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!