“Fənərbağça” “Lion”la matça ciddi itkilərlə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbağça” “Lion”la matça ciddi itkilərlə çıxacaq

İdman

25 Avqust 2026 18:14 84


"Fənərbağça"nın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı keçirəcəyi həlledici cavab matçı üçün iştirak ərizəsi artıq məlumdur.

"Yeni Sabah" xəbər verir ki, İstanbul nəhəngi vacib qarşılaşmaya ciddi itkilərlə yollanır.

Belə ki, zədədən əziyyət çəkən Mert Günok, Marko Asensio və Çağlar Söyüncü ilə yanaşı, "Konyaspor"la görüşdə başından xəsarət alan Kerem Aktürkoğlu da Fransa səfəri üçün açıqlanan heyətdən kənarda qalıb. pizza mizza

İstanbul təmsilçisinin baş məşqçisi tərəfindən müəyyənləşdirilən 21 nəfərlik yekun siyahını təqdim edirik:

Ederson, Tarık Çetin, Kuzey Sapaz, Milan Şkrinyar, Natan Ake, Yiğit Efe Demir, Levent Mercan, Arçi Braun, Nelson Semedo, Mert Müldür, Matteo Genduzi, İsmayıl Yüksək, Nqolo Kante, Bartuğ Elmaz, İrfan Can Kahveci, Oğuz Aydın, Meyson Qrinvud, Dorgeles Nene, Anderson Taliska, Romelu Lukaku, Vedat Muriç.

Xatırladaq ki, bu iki komanda arasında İstanbulda baş tutan ilk gərgin duel 1:1 hesablı bərabərliklə yekunlaşmışdı. Növbəti mərhələnin taleyini həll edəcək cavab qarşılaşması isə avqustun 26-da Fransada olacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!