“Fənərbaxça” azarkeşlərini sevindirdi

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbaxça” azarkeşlərini sevindirdi

İdman

30 İyul 2026 01:47 61


“Fənərbaxça” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Polşa təmsilçisi “Qornik Zabje” ilə 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, İstanbul klubu bununla III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” komandası ilə qarşılaşacaq.

Oyunda hesab 12-ci dəqiqədə Anderson Taliskanın penaltidən vurduğu qolla açılıb. Meydan sahibləri isə ilk hissəyə əlavə olunmuş vaxtda Mixal Saçekin qolu ilə bərabərliyi təmin ediblər. pizza

İkinci hissədə hər iki komanda qol imkanları yaratsa da, hesab dəyişməyib. Qarşılaşma 1:1 başa çatıb və ilk oyundakı üstünlüyünü qoruyan “Fənərbaxça” növbəti mərhələyə vəsiqə qazanıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!