“Fənərbaxça” rəhbərliyi “Ayntraxt Frankfurt”da çıxış edən gənc ulduz Can Uzunun transferi üçün işləri sürətləndirib.
“Yeni Sabah” xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Əziz Yıldırım perspekivli yarımmüdafiəçini komandaya qazandırmaqda qərarlıdır və bu keçid üçün bütün resursları səfərbər edib. Funksioner transferin qısa zamanda həlli üçün şəxsən aktiv danışıqlar aparır.
Xatırladaq ki, 20 yaşlı futbolçu bundan əvvəl “sarı-lacivərdlilər”in baş rəqibi “Qalatasaray”ın da gündəmində idi. Lakin Almaniya klubunun tələb etdiyi yüksək tazminat məbləği bu keçidin baş tutmasına mane olmuşdu. Pepperoni pizza
Gənc hücumameylli yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 28 rəsmi matçda 10 dəfə rəqib qapılarına yol tapıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Telegram kanalımız