Feridun Sinirlioğlu rəsmən namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

Feridun Sinirlioğlu rəsmən namizəd oldu

Dünya

31 Oktyabr 2026 11:14 89


Türkiyə hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi vəzifəsini icra edən, sabiq xarici işlər naziri və diplomat Feridun Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq təqdim edib.

"Yeni Sabah" Anadolu-ya istinadla xəbər verir ki, Ankaranın BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız bildiriş məktubunun artıq BMT Baş Assambleyasının Sədrliyinə təqdim edildiyini bildirib.

O qeyd edib: "Prezidentimiz Rəcəb Tayyip Ərdoğan səfir Sinirlioğlunun lazımi keyfiyyətlərini, təcrübəsini və ona olan etimadı nəzərə alaraq, onu BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərməyi məqsədəuyğun hesab edib". Dördpendirli pizza

A.Yıldız bildirib ki, BMT-nin baş katibi seçkilərində hələlik konsensus əldə olunmuş vahid namizəd ortaya çıxmadığı üçün Türkiyə bu prosesi asanlaşdırmaq məqsədilə öz namizədini irəli sürüb. O bu post üçün Latın Amerikası və Karib dənizi regionundan olan diplomatların irəli sürülməsi ənənəsinə hörmətlə yanaşdıqlarını və bu səbəbdən indiyədək gözlədiklərini vurğulayıb.

Feridun Sinirlioğlu 2015-ci ildə Türkiyənin müvəqqəti xarici işlər naziri, 2016-2023-cü illərdə isə ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb. O, hazırda ATƏT-in Baş katibi kimi beynəlxalq diplomatik missiyasını davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!