"Milan"ın 20 yaşlı gənc hücumçusu Alfado Sisi "rossoneri" forması ilə göstərdiyi fantastik performansla futbol dünyasını təəccübləndirməyə devam edir.
“Yeni Sabah” xəbər verir ki, mövsümün startından etibarən qol duyğusu və effektli oyunu ilə diqqət çəkən gənc ulduz klubun əfsanəsi Andriy Şevçenkonun göstəricilərinə yaxınlaşıb.
Statistikalara əsasən, Sisinin "Milan"dakı ilk oyunlar seriyasında vurduğu qolların sayı, 1999-cu ildə klubda debüt edən afsanəvi Ukraynalı hücumçu Andriy Şevçenkonun ilk qarşılaşmalardakı göstəricisindən cəmi 1 qol geridədir. Toyuqlu pizza
Həm A Seriyasında, həm də Avropa kuboklarında kəskin qol vurmaq bacarığı göstərən Sisi artıq komandanın ən etibarlı hücum silahlarından birinə çevrilib. Şevçenko kimi nəhəng bir adla yan-yana çəkilməsi cəmi 20 yaşında olan italyan gəncin nə qədər böyük potensiala və parlaq gələcəyə sahib olduğunu bir daha nümayiş etdirir.
Nazim Hacıyev
Telegram kanalımız