Fikrət Məmmədov and içdi

saytların hazırlanması

Evə çatdırılma

Fikrət Məmmədov and içdi

Sosial

23 Fevral 2024 12:01 636


Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi andını içib. 

Yenisabah.az xəbər verir ki, o, andını Milli Məclisin tribunasından səsləndirib. 

"İlk olaraq bu ali vəzifəyə təyin olunmağımla bağlı prezidentə təşəkkürümü bildirirəm. Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq”, - Fikrət Məmmədov deyib.  Pepperoni pizza

Qeyd edək ki, sabiq ədliyyə naziri Fikrət Məmmədov bir müddət əvvəl vəzifəsindən azad edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!