“Formula-1”lə bağlı mühüm dəyişikliklər

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1”lə bağlı mühüm dəyişikliklər

İdman

21 Sentyabr 2026 23:03 145


Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FIA-nın rəsmi saytı məlumat yayıb.

Əsas yeniliklərdən biri yarışların standart məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsi olacaq. Trasdan asılı olaraq, Qran-pri yarışları təxminən iki-üç dövrə qısa keçiriləcək. Bu dəyişiklik mühərrik reqlamentindəki yeniliklərlə əlaqədardır. Dominos pizza

Bununla yanaşı, komissiya yağış və ya digər gözlənilməz hallar zamanı tətbiq olunan qaydaların dəyişdirilməsini də razılaşdırıb.

Start anından Qran-prinin tam başa çatmasına qədər qüvvədə olan üç saatlıq vaxt məhdudiyyəti ləğv ediləcək. Bunun əvəzinə trasdakı bütün fəaliyyətlərin başa çatdırılması üçün müəyyən vaxt limiti tətbiq olunacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!