"Real Madrid"dən icarəyə götürülən "Fiorentina"nın vingeri Franko Mastantuono A Seriyasının IV turunda "Venesiya"ya qarşı matçda (4:2) het-trik edərək üç rekorda imza atıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Sport24.ru məlumat yayıb.
Məlumata görə, 19 yaş 28 günlüyündə olan argentinalı İtaliya A Seriyası tarixində het-trik edən ən gənc əcnəbi futbolçu olub. Bundan əlavə, o, İtaliya çempionatının bir matçında birdən çox qol vuran ən gənc "Fiorentina" oyunçusu adını qazanıb. Əvvəlki rekord 1974-cü ildə 19 yaş 52 günlüyündə dubl edən Klaudio Dezolatiyə məxsus idi. Toyuqlu pizza
Mastantuono həmçinin Avropanın aparıcı beş liqasında bir matçda üç qol vuran ən gənc argentinalı futbolçu olub. O, 2007-ci ilin martında "Barselona"nın heyətində "Real Madrid"ə qarşı oyunda (3:3) 19 yaş 259 günlüyündə het-trik edən Lionel Messinin rekordunu yeniləyib./Oxu.az
Telegram kanalımız