Fransa alov içində - Minlərlə insan təxliyə olunur

saytların hazırlanması

Evə çatdırılma

Fransa alov içində - Minlərlə insan təxliyə olunur

Dünya

23 İyul 2026 21:43 125


Fransanın cənub-qərbində baş verən meşə yanğını qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın səbəbindən 12 minə yaxın insan, o cümlədən turistlər təhlükəsiz ərazilərə köçürülüb.

"Yeni Sabah" xəbər verir ki, yanğın Gironde bölgəsində çərşənbə günü başlayıb. Güclü istilər və quraqlıq səbəbindən alov sürətlə yayılaraq indiyədək 2 min 400 hektar meşə sahəsini məhv edib. Rəsmilər bildiriblər ki, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, yaşayış məntəqələrinə də ciddi ziyan dəyməyib.

Yanğın təhlükəsi ilə əlaqədar düşərgələrdə, istirahət mərkəzlərində və meşəyə yaxın yaşayış məntəqələrində olan təxminən 12 min nəfər təxliyə edilib. Onların arasında minlərlə turist də var. Yerli sakinlər deyib ki, polislər evləri bir-bir gəzərək insanlara ərazini tərk etmələri barədə xəbərdarlıq ediblər. pizza mizza

Hazırda yanğının söndürülməsinə 700-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğınsöndürmə təyyarələri və helikopterlər də havadan müdaxilə edir. Bildirilir ki, alovun hündürlüyü bəzi ərazilərdə 10 metrə çatır, qalın tüstü isə kilometrlərlə uzaqdan görünür. İlkin ehtimala görə, yanğın kolluq ərazilərin təmizlənməsi zamanı işləyən texnikadan çıxan qığılcımdan başlayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, eyni ərazidə 2022-ci ildə də böyük meşə yanğını baş vermişdi. Həmin vaxt 30 min hektara yaxın ərazi yanmış, 50 min nəfər təxliyə edilmişdi.

Son günlər Fransanın digər bölgələrində də meşə yanğınları qeydə alınıb. Marsilya yaxınlığındakı Ponteves bölgəsində 2 min 500 hektar sahə yanıb, 10 ev yararsız vəziyyətə düşüb. Paris yaxınlığında yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Fontainebleau meşəsinin də bir hissəsi alovdan zərər görüb.

Meteroloqlar bildirirlər ki, Fransada may ayından bəri üçüncü isti hava dalğası müşahidə olunur. Onların sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində uzun sürən istilər meşələri daha həssas vəziyyətə salır və yanğın riskini artırır. Fransa Meteorologiya Xidmətinin məlumatına görə, ölkədə 1947-2025-ci illərdə qeydə alınan 53 isti hava dalğasının yarısı 2010-cu ildən sonra baş verib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!