UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun açılış oyununda Türkiyə və Fransa milli komandaları üz-üzə gəlib. İzmitdəki "Kocaeli" stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Yeni Sabah” xəbər verir ki, Fransa seçmə komandasının yeni baş məşqçisi Zinedin Zidanın sükanı arxasında çıxdığı ilk rəsmi matçda yeganə qolu 53-cü dəqiqədə kapitan Kilian Mbappe vurub. Lakin təcrübəli hücumçu vurulan qoldan az sonra — 59-cu dəqiqədə dizindən aldığı zədə səbəbindən əvəzlənməli olub.
Meydan sahibləri hesabda bərabərlik yaratmaq üçün təzyiqi artırsa da, Fransanın müdafiə xəttini yaraya bilməyib. Matçın 86-cı dəqiqəsində Türkiyə yığmasının qapıçısı Uğurcan Çakır cərimə meydançasından kənarda əllə oynadığı üçün VAR baxışından sonra birbaşa qırmızı kart alaraq meydandan qovulub. Dominos pizza
Qrupda növbəti matçlarda Türkiyə doğma meydanda İtaliyanı, Fransa isə səfərdə Belçikanı qəbul edəcək.
Nazim Hacıyev
Telegram kanalımız