Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

saytların hazırlanması

Evə çatdırılma

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Sağlamlıq

19 İyul 2026 08:57 121


Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir.

"Yeni Sabah" xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlaməti ola bilər.

Gecə tərləməsinin ən çox rast gəlinən səbəblərindən biri yataq otağının həddindən artıq isti olması və ya qalın yorğanlardan istifadə edilməsidir. Bu zaman orqanizm temperaturu tənzimləmək üçün daha çox tərləyir. Sezar pizza

Həkimlərin sözlərinə görə, hormonal dəyişikliklər də gecə tərləməsinə səbəb ola bilər. Xüsusilə menopauza dövründə olan qadınlarda bu hal daha tez-tez müşahidə edilir.

İnfeksiyalar və yüksək hərarətlə müşayiət olunan xəstəliklər də gecələr güclü tərləmə ilə özünü göstərə bilər. Orqanizm infeksiyaya qarşı mübarizə apardıqda bədən temperaturunda dəyişikliklər baş verir.

Bəzi dərman preparatlarının qəbulu da gecə tərləməsinə yol aça bilər. Xüsusilə antidepressantlar və müəyyən hormonal preparatlar belə təsirlərlə əlaqələndirilir.

Stress və narahatlığın da gecə tərləməsinin əsas səbəblərindən biri olduğu bildirilir. Güclü emosional gərginlik yuxu zamanı tərləməni artıra bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, gecə tərləməsi uzun müddət davam edərsə və ya digər simptomlarla müşayiət olunarsa, mütləq tibbi müayinədən keçmək lazımdır.\\Milli.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!