Geyimdə nizam, təhsildə intizam – Məktəbli kimi geyinək, məktəbli kimi görünək

saytların hazırlanması

Evə çatdırılma

Geyimdə nizam, təhsildə intizam – Məktəbli kimi geyinək, məktəbli kimi görünək

Sosial

10 Oktyabr 2026 13:34 104


Məktəblərdə şagirdlərin xarici görünüşü və geyim intizamı təlim-tərbiyə prosesinin mühüm tərkib hissələrindən biridir.

“Yeni Sabah” xəbər verir ki, bu məqsədlə hazırlanan yeni maarifləndirici təşəbbüsdə məktəblilərin dərsə vahid geyim formasında və təbii görünüşdə gəlmələrinin vacibliyi xüsusi qeyd olunur. 

Tələb olunan geyim forması pizza

Şagirdlər üçün müəyyən edilmiş rəsmi məktəbli forması sadəliyi və rahatlığı ilə seçilir. Düzgün geyim qaydasına əsasən, oğlan və qızlar ağ rəngli polo köynək, tünd göy rəngdə şalvar və ya ətək, eləcə də səliqəli qara ayaqqabı geyinməlidirlər. Bu formada məktəbə gəlmək həm şagirdlər arasında bərabərliyi təmin edir, həm də təhsil mühitinə uyğun intizam yaradır. 

Qadağan edilən geyimlər

Dərs zamanı şagirdlərin sərbəst və ya qeyri-rəsmi geyimlərdən istifadə etməsi yolverilməz hesab olunur. Cırıq cins şalvarlar, qısa ətəklər, əlvan rəngli və ya idman üslublu pencəklər məktəb mühitinə uyğun gəlmir. Eyni zamanda, ev və ya çimərlik stilində olan şappıltılı ayaqqabılar və başmaqlar da qadağan olunan geyimlər sırasındadır. 

Aksessuarlar və bəzək əşyaları

Məktəblilərin xarici görünüşündə sadəlik əsas şərt kimi irəli sürülür. Diqqət çəkən böyük sırğalar, boyunbağılar, bilərziklər, təsbeh kimi fərdi aksessuarların məktəbə gətirilməsi tövsiyə edilmir. Bununla yanaşı, papaq, fərqli baş örtükləri və ya həddindən artıq hündürdaban ayaqqabılar da məktəbli obrazı ilə uzlaşmır. 

Məktəblinin ən gözəl bəzəyi bilik və savaddır!

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!