Gimnastlarımız dünya çempionatında gümüş medal qazandılar - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Gimnastlarımız dünya çempionatında gümüş medal qazandılar - FOTO

İdman

13 Sentyabr 2026 19:53 138


11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar. Pepperoni pizza

Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!