Gözəllik yarışmasında skandal

saytların hazırlanması

Evə çatdırılma

Gözəllik yarışmasında skandal

Şou

11 Sentyabr 2026 14:16 118


Malavidə keçirilən "Miss Malavi" gözəllik yarışmasından sonra beynəlxalq skandal baş verib.

“Yeni Sabah” xəbər verir ki, müsabiqənin rəsmi qalibi 26 yaşlı Tandi Çizi olsa da, "Miss World" yarışmasında ölkəni təmsil etmək hüququ Gender, Uşaqlar, Əlillər və Sosial Rifah naziri Meri Naviçanın qızı İrin Naviçaya verilib.

Təşkilatçılar bu qərarı T.Çizinin yaş limitini keçməsi ilə əsaslandırmağa çalışsalar də, qalibin tərəfdarları mövcud qaydalara görə 27 yaşa qədər iştirakın mümkün olduğunu xatırladıblar. Qalib model təşkilatçıları müqavilə şərtlərini sonradan dəyişməkdə və saxtakarlıqda ittiham edib. Toyuqlu pizza

Gərginliyə baxmayaraq beynəlxalq yarışmaya qatılan nazir qızı İrin Naviça turnirdə uğursuzluqla üzləşərək ilk 20-liyə belə düşə bilməyib. Baş verənlərdən sonra Malavi ictimaiyyəti təşkilatçıları qərəzli davranmaqda və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməkdə kəskin tənqid edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!