Vaxtilə Bakının "İnter" (hazırkı "Şamaxı") klubunda məşqçi kimi fəaliyyət göstərmiş Ramaz Svanadze Gürcüstanın əsas milli komandasının baş məşqçisi postuna gətirilib.
“Yeni Sabah” xəbər verir ki, 48 yaşlı mütəxəssislə Gürcüstan Futbol Federasiyası arasında 2028-ci ilin sonunadək nəzərdə tutulan rəsmi müqavilə imzalanıb. Təcrübəli baş məşqçi 2021-ci ildən bu günə qədər Gürcüstanın U-21 yığmasını idarə edirdi.
Diqqətçəkən məqamlardan biri də Svanadzenin məşqçilər korpusunda yer alacaq adlardır. Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan keçmiş hücumçu Giorgi Adamiya yeni baş məşqçinin köməkçilərindən biri kimi milli komandada fəaliyyət göstərəcək. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız