Gürcüstanda azərbaycanlı qətlə yetirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - Foto

Kriminal

05 Oktyabr 2026 08:44 106


Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirilib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Qardabani bələdiyyəsinin Nəzərli kəndində qeydə alınıb.

Belə ki, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Məmmədov tərəfindən qətlə yetirilib. Dördpendirli pizza

İlkin məlumata görə, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində qanaxmadan həyatını itirib.

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunublar. Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib. Qısa müddət davam edən danışıqlardan sonra şəxs saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayəti törədən şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!