Hakim Haalanddan avtoqraf aldı, tənqid edildi
07 Apr 2021 12:40
212

Hakim Haalanddan avtoqraf aldı, tənqid edildi

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" - "Borussiya" matçından sonra tənqidə səbəb olan anlar yaşanıb.

Yenisabah.az xəbər verir ki, görüşün yan xətt hakimi Oktavian Şövre qarşılaşma başa çatan kimi qonaq komandanın hücumçusu Erling Haalanda yaxınlaşıb. Rumıniyalı hakim 20 yaşlı hücumçudan ona avtoqraf verməsini istəyib. Norveçli oyunçu isə onun bu istəyini yerinə yetirib.

Hakimin belə addımı idman ictimaiyyətində futbolçular, məşqçilər və media nümayəndələri tərəfindən tənqid olunub. 

Qeyd edək ki, "Mançester Siti" - "Borussiya" matçı "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər