Harri Keyn tarixə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Harri Keyn tarixə düşdü

İdman

06 İyul 2026 14:21 90


İngiltərə millisinin kapitanı Harri Keyn DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən oyunda (3:2) maraqlı göstəriciyə imza atıb.

"Yeni Sabah" xəbər verir ki, Keyn bir dünya çempionatı matçında qol vuran, məhsuldar ötürmə edən və penaltiyə səbəb olan ilk futbolçudur. 

O, görüşün 38-ci dəqiqəsində Cud Bellinqemin qolunda məhsuldar ötürmənin müəllifi olub. pizza mizza

İngiltərə millisinin kapitanı 60-cı dəqiqədə isə Entoni Qordona qarşı qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin 69-cu dəqiqədə Keyn öz cərimə meydançasında Brayan Qutyerresə qarşı qaydanı pozub və hakim penalti təyin edib. Raul Ximenes 11 metrlik cərimə zərbəsini qola çevirib.

İngiltərə millisi dramatik keçən qarşılaşmada Meksikanı 3:2 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!