Oktyabrın 6-7-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə yağış yağacaq. Oktyabrın 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə yağıntıların bir qədər intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında isə oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı bildirilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Sezar pizza
Qeyd olunur ki, oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların güclənməsi mümkündür.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.
Aytac Əliyeva
Telegram kanalımız