Hava ilə bağlı xəbərdarlıq:   Bu rayonlarda leysan yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı xəbərdarlıq: Bu rayonlarda leysan yağacaq

Sosial

30 Sentyabr 2026 12:59 99


Oktyabrın 1-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz, bəzi bölgələrdə isə yağıntılı keçəcəyi gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 23-26° isti olacaq. Dominos pizza

Azərbaycanın səhər saatlarından başlayaraq şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə ediləcək.

Rayonlarda havanın temperaturu gecə 15-18°, gündüz 24-28° isti, dağlıq ərazilərdə gecə 7-12°, gündüz 16-21° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!