Həbib Nurməhəmmədov Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Həbib Nurməhəmmədov Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini AÇIQLADI

İdman

09 Avqust 2026 22:14 114


Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorun təhqiredici çıxışlarına niyə cavab vermədiyini izah edib.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə Nyu-Cersidə azarkeşlərlə görüşdə danışıb:

"Biz belə danışa bilmərik. Kimsə mənimlə mübahisə etmək istəyirsə, bu, real söhbət olmalıdır, sadəcə pis sözlər yox. O, təhqir etməkdə məndən daha yaxşıdır, bunu döyüşdən və mətbuat konfransından əvvəl də bilirdim. Özümə sual verdim: "Onun səviyyəsinə enib eyni sözləri deyə bilərəmmi? Xeyr, mən bundan üstün olmalıyam. Pis sözlərlə onu məğlub edə bilərəmmi? Xeyr. Bu, debat deyil, real söhbət deyil, ona görə də vaxt itirməyə dəyməz". O vaxt qardaşlarıma dedim: "Kim olduğumu qəfəsdə göstərəcəyəm. Belə daha yaxşı olacaq". Dominos pizza

Qeyd edək ki, Həbiblə Makqreqor arasında döyüş 2018-ci ilin oktyabrında baş tutub və Nurməhəmmədov həmin qarşılaşmada dördüncü raundda tabe etmə ilə qalib gəlib.//Offsideplus.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!