Həbibin rəqibi təcavüzdə günahlandırılır
23 Okt 2019 11:24
161

Həbibin rəqibi təcavüzdə günahlandırılır

MMA döyüşçüsü Konor Makqreqorun adı yenidən təcavüzdə hallanır.

“Yeni Sabah” “The New York Times”a istinadən xəbər verir ki, idmançının yaxın günlərdə Dublində avtomobilində bir gənc qıza təcavüz etdiyi iddia olunur. Makqreqor isə bunu təkzib edib.

Makqreqorun vəkilləri zərərçəkənin idmançını ləkələmək üçün bilə-bilə yalan ifadə verdiyini bildiriblər. 

Qeyd edək ki, 31 yaşlı döyüşçünün adı bu ilin yazında da təcavüzdə hallanırdı. Lakin irlaniyalı DNT analizi verərək bütün iddiaların əsassız olduğunu sübuta yetirmişdi. 

Maraq üçün xatırladaq ki, K. Makqreqor ötən il rusiyalı Həbib Nurməhəmmədova məğlub olması ilə də gündəmə gəlmişdi.

 

Həbibin rəqibi təcavüzdə günahlandırılır

Oxşar xəbərlər