Hərbçilər üçün yeni pensiya sistemi – Hansı yaş   əsas götürüləcək?

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilər üçün yeni pensiya sistemi – Hansı yaş əsas götürüləcək?

Sosial

30 Sentyabr 2026 17:07 238


Milli Məclisin bugünkü iclasında "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılararaq qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, sənədə əsasən, bundan sonra hərbi qulluqçular üçün hər rütbə üzrə xidmətdə olmanın son yaş həddi birbaşa pensiya yaşı kimi müəyyənləşdiriləcək.

Qüvvədə olan qanunvericilikdə hərbi rütbələrdən məhrum edilmiş və müddətli həqiqi hərbi xidmət keçən şəxslər istisna olmaqla, hərbi qulluqçuların xidmətdən buraxıldıqları gündən pensiyaya çıxmaq hüququ aşağıdakı halarda yaranırdı: pizza sifarişi

Xidmətdən buraxılanadək azı 25 təqvim ili xidmət keçənlər;

Xidmətdən yaşa görə buraxılan, ümumi iş stajı azı 30 təqvim ili olan və bunun minimum 15 ilini hərbi xidmətdə keçirənlər;

Səhhətinə, xəstəliyə və ya ştat ixtisarına görə xidmətdən buraxılan, 48 və daha yuxarı yaşı olan, 30 illik ümumi stajının azı 15 ilini hərbi xidmətdə keçirənlər;

Çernobıl AES-dəki qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak edən və azı 15 il hərbi xidmət stajı olan şəxslər.

Yenilənmiş qanun layihəsinə əsasən isə hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ xidmətdən buraxıldıqları gündən deyil, dinc dövrdə sonuncu rütbələri üzrə xidmətdə olmağın son yaş həddinə çatdıqları gündən etibarən yaranacaq. Bu qayda aşağıdakı şəxslərə şamil ediləcək:

Xidmətdən buraxılanadək 25 təqvim ili (2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili xidmət etmiş və 25 illik müddəti tamamlayanadək təxris olunmuş şəxslər üçün 20 təqvim ili) və daha çox hərbi xidmət keçənlər;

Xidmətdən buraxıldığı günə azı 30 təqvim ili ümumi iş stajı olan və bu stajın minimum 15 ilini hərbi xidmətdə keçirənlər.

Dəyişikliklə həmçinin yaşa görə əmək pensiyası ilə yanaşı, aylıq pensiya əlavələrinin də xidmətdən buraxıldıqdan sonra təyin olunması nəzərdə tutulur.

Bununla yanaşı, pensiya təyin edildikdən sonra yenidən xidmətə qayıdan və sonradan təxris olunan şəxslərin pensiyalarının sonuncu təminat xərcliyinə, aylıq əlavələrin isə sonuncu rütbəyə görə yenidən hesablanmasına yol verilməyəcək. Bu məsələdə yalnız yenidən xidmətə qəbul edildikdən sonra azı 72 ay xidmət edənlər, məhkəmə qərarı ilə xidmətə bərpa olunanlar, xidmət vəzifəsini icra edərkən həlak olanlar və zabit heyətinə aid olan bəzi şəxslər istisna təşkil edəcək.

Məcəllə layihəsində o da qeyd olunub ki, hərbi qulluqçuların yaşa və əlilliyə görə əmək pensiyasının sığorta hissəsini hesablamaq üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri barədə məlumatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!