“Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycan özü ilə bağlı müraciət edib, amma bu proses bir neçə mərhələdən keçməlidir. Yəni üzvlük proseduru dərhal reallaşmır. O baxımdan, keçən il Azərbaycanın müraciətinə Hindistan tərəfindən əngəl törədildi. Düşünürəm ki, bu il belə bir qərarın qəbul olunma ehtimalı var”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Hindistan baş naziri Narendra Modinin müsəlmanlara münasibətdə millətçi, radikal və ifrat bir mövqeyi var:
“Amma Cənab Prezidentin Hindistanın baş naziri ilə görüşünün ölkələrarası müəyyən gərginliyi tam şəkildə azaltdığını düşünmürəm. Hərçənd ki, bu, müsbət bir görüntü idi. Hindistanın baş naziri də səmimi təsir bağışlamağa çalışırdı. Amma ümumiyyətlə, onun həm bir siyasətçi kimi, həm də ideoloji baxışlarına görə Azərbaycan və Türkiyəyə, eləcə də ümumilikdə müsəlmanlara münasibətdə millətçi, radikal və ifrat bir mövqeyi var. Toyuqlu pizza
Onun Azərbaycana münasibətinin mənfi olmasının bir səbəbi də Pakistanla bağlı olan məsələdir. Ona görə də Ermənistana hər cür dəstək verməyə çalışır; xüsusilə də hərbi və təhlükəsizlik baxımından dəstəkləyir, Ermənistana silah satır. Bu baxımdan, keçən ilki ilə müqayisədə vəziyyət, əlbəttə ki, nisbətən fərqlidir — bir qədər daha yumşaq görüntülərə şahidlik edirik. Amma hələlik düşünürəm ki, mövcud durumda bu yetərli deyil, yəni Hindistan yenə də bu prosesi bloklaya bilər. Söhbət ondan gedir ki, Hindistan və Pakistanın Azərbaycan və Ermənistanla bağlı qərarları gərək sinxronlaşdırılsın. Başqa sözlə, təşkilata üzvlüklə bağlı Azərbaycan bloklanacaqsa, əks halda Ermənistan da bloklanacaq.
Buna görə də gedişatdan asılı olacaq ki, Hindistan tərəfi öz mövqeyində dəyişiklik edəcək, ya yox. Hələlik prezidentlərin görüşündəki o görüntü Hindistanın siyasətində dəyişikliklərin baş verdiyini deməyə əsas vermir. Çünki son 6-7 ildə münasibətlərimizdəki o gərginlik faktiki olaraq azalmayıb”.
Qeyd edək ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük müraciətinə Hindistan 2024-cü ilin iyulunda Astana sammiti zamanı veto qoyub. Buna səbəb Bakının Kəşmir məsələsində Pakistanı dəstəkləməsi və Türkiyə-Pakistan oxu ilə strateji müttəfiqliyidir.
Nazim Hacıyev
Telegram kanalımız