Azərbaycanda rəqəmsal səyyahlar (digital nomads) üçün xüsusi güzəştlər nəzərdə tutulub.
“Yeni Sabah” xəbər verir ki, bunu innovasiya və rəqəmsal inkişaf agentliyinin idarə heyətinin sədri Fərid Osmanov deyib. O, bildirib ki, rəqəmsal səyyah xarici mənbələrdən informasiya texnologiyaları vasitəsilə gəlir əldə edən və məsafədən işləyən xarici vətəndaş hesab olunur.
Xüsusi rejim çərçivəsində rəqəmsal səyyahların xarici mənbələrdən əldə etdikləri gəlirlərə 20 il müddətinə vergi güzəşti tətbiq ediləcək. Dominos pizza
Bundan başqa, rəqəmsal səyyahlar üçün miqrasiya prosedurlarının da sadələşdirilməsi nəzərdə tutulur. Onlara 3 illik müvəqqəti yaşama icazəsi və xüsusi işgüzar səfər vizası veriləcək. Bunun üçün əsas şərtlərdən biri son 6 ay ərzində xarici mənbələrdən minimum əməkhaqqının 13 misli, yəni təxminən 4 485 manat məbləğində sabit gəlirə malik olmaqdır.
Rəqəmsal səyyahların xarici mənbələrdən əldə etdikləri vəsaitlərin Azərbaycan banklarındakı hesablarına daxil olması və köçürülməsi zamanı məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.
Həmçinin yüksək ixtisaslı miqrantların, geri dönən vətəndaşların, rəqəmsal səyyahların və İT müəssisələrində çalışan mütəxəssislərin muzdlu işdən əldə etdikləri gəlirlər üzrə 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0% gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.
Sosial sığorta sahəsində də güzəştlər olacaq. İT, süni intellekt və kibertəhlükəsizlik şirkətləri üçün fərqli sosial sığorta dərəcələrinin tətbiqi planlaşdırılır.
Bundan əlavə, yüksək ixtisaslı xarici mütəxəssislər və rəqəmsal səyyahlar 5 il müddətinə məcburi dövlət sosial sığorta haqqından azad ediləcəklər.
Cəlalə
Telegram kanalımız