Honda “Neftçi“də ilk qolunu vurdu  - Video
04 May 2021 09:21
324

Honda “Neftçi“də ilk qolunu vurdu - Video

Yarımmüdafiəçi Keysuke Honda "Neftçi" ilə rəsmi matçlarda ilk qolunu vurub.

Yenisabah.az xəbər verir ki, yaponiyalı futbolçu Azərbaycan Premyer Liqasının 25-ci turunda hazırda davam edən "Keşlə" ilə oyunda komandasının ikinci qolunun müəllifi olub. 34 yaşlı oyunçu 74-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, K.Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər