Yəməndə husilərin "Ənsərullah" hərəkatı ölkənin cənub-qərbində yerləşən strateji əhəmiyyətli Taiz şəhəri istiqamətində genişmiqyaslı hərbi əməliyyatları sürətləndirib.
“Yeni Sabah” xəbər verir ki, hərəkatın silahlı birləşmələri şəhərə daxil olan ana təchizat yollarını və ətraf məntəqələri nəzarətə götürərək Taizi tam mühasirəyə alıb.
Mərkəzi hökumət qüvvələrinin geri çəkilməsi fonunda şəhərin cənub və qərb girişləri husilərin atəş nəzarəti altına keçib. Ərazidə şiddətli toqquşmaların davam etdiyi və təchizat xəttlərinin kəsilməsi səbəbindən şəhərdə humanitar vəziyyətin daha da ağırlaşdığı bildirilir. Yəmən hökuməti mühasirəni yarmaq və itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə əks-hücum əməliyyatlarına başladığını bəyan edib. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız