İbn Sinanın əsrlər əvvəl verdiyi sirli məsləhət - Xoruz yeyin

saytların hazırlanması

Evə çatdırılma

İbn Sinanın əsrlər əvvəl verdiyi sirli məsləhət - Xoruz yeyin

Sağlamlıq

17 Sentyabr 2026 16:32 111


Əsrlər əvvəl verilən bir qidalanma tövsiyəsi bu gün də maraq doğurur. İbn Sinanın kişilərin sağlamlığı ilə bağlı xoruz əti məsləhəti yenidən gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, İbn Sinanın “Qanun fit-Tibb” əsərində sağlamlıq, qidalanma və reproduktiv sistemlə bağlı müxtəlif məlumatlar yer alır. Onun kişilərin sağlamlığı ilə əlaqələndirilən və xalq arasında “40 günlük xoruz əti müalicəsi” kimi tanınan tövsiyəsi də diqqət çəkir.

Həmin dövrdə xoruz əti bədəni gücləndirən, qanı qidalandıran qida hesab olunurdu. İbn Sinanın zəif şəxslərə xoruz əti yeməyi tövsiyə etdiyi bildirilir. Bu gün isə həmin tarixi məlumatlar kişilərin reproduktiv sağlamlığı ilə bağlı müxtəlif iddialarla birlikdə yenidən yayılır. Dominos pizza

İbn Sinaya aid edilən məlumatlara əsasən, 40 gün ərzində xoruz əti yemək tövsiyə olunur. Lakin onun əsərinin ilkin mətnində bu gün yayılan məlumatlarda olduğu kimi dəqiq porsiya, gündə neçə dəfə yeyilməsi və hansı üsulla hazırlanması barədə konkret göstəriş yoxdur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!