Növbədənkənar sessiya: İclasın tarixi və gündəliyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Növbədənkənar sessiya: İclasın tarixi və gündəliyi məlum oldu

Siyasət

02 İyun 2026 16:42 119


Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclasının tarixi və gündəliyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, iyunun 5-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Diplomatik xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). Dominos pizza

2. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi.

3. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

4. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi  haqqında qanun layihəsi (birinci oxunuş).

6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

7. “Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!